Məzmuna keç
  • Brent neft113.43 $▲1.21%
  • WTI neft104.12 $▲0.92%
  • Avropa qazı (TTF)103.94 €▲6.60%
  • Təbii qaz (ABŞ)2.898 $▲0.03%
  • Qızıl3 899 $▼2.62%
  • Gümüş49.28 $▼4.01%
  • Pambıq78.13 ¢▼0.12%
  • Buğda603.50 ¢▼0.54%
  • Bitcoin77 465 $▲0.37%
  • Ethereum2 246 $▲0.25%
  • S&P 5007 580▼1.83%
19°Bakı
  • USD1.7000
  • EUR1.9019▲0.0074
  • 100 RUB2.0923▼0.0195
  • GBP2.2760▲0.0115
  • TRY0.0340▼0.0001
  • AED0.4628
  • CNY0.2553▲0.0001
  • GEL0.6551▼0.0003
  • 100 KZT0.3753▲0.0020
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0800▲0.0028
  • CHF2.0675▲0.0157
  • USD1.7000
  • EUR1.9019▲0.0074
  • 100 RUB2.0923▼0.0195
  • GBP2.2760▲0.0115
  • TRY0.0340▼0.0001
  • AED0.4628
  • CNY0.2553▲0.0001
  • GEL0.6551▼0.0003
  • 100 KZT0.3753▲0.0020
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0800▲0.0028
  • CHF2.0675▲0.0157
İqtisadiyyat

Mərkəzi Bank yeni Ani Ödənişlər Sistemi-ni istismara verib

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ölkədə yeni rəqəmsal ödəniş texnologiyalarının tətbiqi, ödəniş xidmətlərinə əlçatanlığın artırılması məqsədilə Mərkəzi Bank tərəfindən yaradılmış Ani Ödənişlər Sistemi (AÖS) pilot rejimində istismara verilib.

Busaat.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan məlumat verilib.

Məlumata görə, Milli Ödəniş Sistemi infrastrukturunun əsas komponentləri dünyada qəbul olunmuş iş prinsiplərinə uyğun olaraq təsdiq edilmiş reqlament çərçivəsində (09:00-17:00 intervalında) fəaliyyət göstərir.

AÖS fiziki şəxslər, biznes qurumları və dövlət orqanları arasında ödəniş əməliyyatlarının 24/7/365 rejimində bank hesabları üzərindən sadələşdirilmiş identifikatorlar (FİN kod, VÖEN, mobil nömrə, e-poçt) vasitəsilə aparılmasına və pul vəsaitinin dərhal vəsait alanın bank hesabında əks olunmasına imkan verəcək.

Hazırda AÖS platformasında 13 bank və Dövlət Xəzinədarlığı Agentliyi üzrə inteqrasiya işləri tam başa çatdırılmış və pilot rejimində “B2B”, “C2C” (“Biznesdən biznesə”, “Müştəridən müştəriyə”) tipli ödənişlərin həyata keçirilməsi təmin olunub.

Cari ilin sonunadək sistemin kiçik təsərrüfat subyektlərinə QR kod, NFC kimi innovativ mobil həllərdən istifadə edərək nağdsız ödənişləri qəbul etmək imkanı verən funksionallıqları təqdim ediləcək.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=15723