Merts Ukraynada sülhdən danışıb

image-owl_detail_620_9715da6eaea3f3b61961df70f0b63e49backend

Almaniya kansleri Fridrix Merts bildirib ki, Ukrayna münaqişəsinin həlli tez bir zamanda gəlməyəcək.

Busaat.az xəbər verir ki, bu barədə “Frankfurter Allgemeine Zeitung” qəzeti yazıb.

“Ukraynada sülh bir gecədə gəlməyəcək”,-deyə o, qeyd  edib.

Almaniya hökuməti başçısının sözlərinə görə, Ukrayna üzrə sülh planı Avropanın iştirakı olmadan həyata keçirilə bilməz. Kansler bu məsələdə yüksək dərəcədə qarşılıqlı anlaşmanın olduğunu vurğulayıb.

O, qeyd edib ki, Avropa İttifaqı (Aİ) Ukraynada tezliklə atəşkəs və sülh əldə olunmasını istəyir və ABŞ prezidenti Donald Trampa Amerika sülh planını nümunə kimi qoyduğuna görə təşəkkür edib.

Yeganə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki