Məşhur aktrisanın ad günü məclisinə polis basqın etdi – FOTOLAR

image-ozgebackend

Türkiyənin məşhur aktrisası Özge Özpirinçci 35 yaşını qeyd edib. Busaat.az xəbər verir ki, əvvəlcə restoran, daha sonra evində davam edən məclisdə Kıvanç Tatlıtuğ- Başak Dizer cütlüyü, Burak Yamantürk, Berrak Tüzünataç, Uraz Kaygılaroğlu və Murat Dalkılıç iştirak edib.

Gecə qalmaqalsız ötüşməyib. Belə ki, Özpirinçcinin qonşuları yüksək səs-küydən şikayətlənərək polisi çağırıblar. Hadisə yerinə gələn və evə daxil olmaq istəyən təhlükəsizlik qruplarını aktrisanın sevgilisi Burak Yamantürk qarşılayıb.

O, “Evə icazə sənədiniz olmadan girə bilmərsiz”, – deyə bildirsə də, hüquq-mühafizə orqanları məkana daxil olub.

image-ghhh

İctimai asayiş qruplarının araşdırması nəticəsində “COVID-19” epidemiyasına qarşı sosial məsafə qaydasına riayət olunduğu məlum olub. Polislər aktrisanı cərimələmədən evi tərk ediblər.

Özpirinçci mövzu barədə açıqlama verərək evində olan insan sayının üç qatından artıq media üzvünün qapısının ağzında olduğunu qeyd edib:

“Açıq havada bir restoranda qeyd olunan ad günüm evin bağçasında davam edib. Media da evin içini çəkməyə çalışır, divara çıxırdılar. Hətta bizi təhdid etdilər ki, hamı bizə müsahibə verəcək, yoxsa sabahadək buradayıq. Gərginlik yaratmadan, ətrafı narahat etməyəcək musiqi sədaları altında evin bağçasında oturmuşduq. Bir anda evə polis gəldi. Evdəki insanın 3 qatı media üzvü bayırda idi. Onlar mövzu tapmaq üçün polisə zəng vuraraq özlərinə “hadisə” çıxarmaq istədilər və “basqın” başlığı ilə xəbər yaydılar. Polis içəri girib bizim qayda pozmadığımızı görüb evdən ayrıldı”.

image-ghh image-ty image-gfggf

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90