“Çiçək Taksi” serialında canlandırdığı obrazla o dövrün ən məşhur adlarından biri olan Dəmiray Erül vəfat edib.
Busaat.az xəbər verir ki, bu barədə Türkiyə mediasi məlumat verib.
İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) Şəhər Teatrları tərəfindən verilən açıqlamada “İBB Şəhər Teatrlarının dəyərli sənətçisi, teatr, kino və serial aktyoru Dəmiray Erülün itkisindən kədərlənirik. Ailəsinə, bütün yaxınlarına başsağlığı veririk, – deyə qeyd edilib.
Qeyd edək ki, aktyor “Doktorlar”, “Cennet Mahallesi”, “Kurtlar Vadisi” və “Çiçək Taksi” və s. kimi seriallarda rol alıb.
Erülün cənazəsi günorta namazından sonra Bodrum Ortakent qəbiristanlığında torpağa tapşırılacaq.