
Məşhur generalın qaynı hədəfdə: Hesablama Palatası auditə başladı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyində cari ilin işlər planlarına uyğun olaraq yoxlama-nəzarət tədbirləri davam etdirilir.
Busaat.az xəbər verir ki,CityPost.az saytının yazdığına görə,Hesablama Palatası sözügedən Agentlikdə audit yoxlamasına başlayıb.

Fotoda Vüqar Behbudov
Fəaliyyəti təftiş olunan Vüqar Behbudovun rəhbərlik etdiyi Agentliyin fəaliiyətindən şəhid ailələri və qazilər kütləvi narazılıq ediblər.Yoxlamaların da bu fonda aparıldığı bildirilir.
Xatırladaq ki,Vüqar Behbudov Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin rəisi,general-mayor Mirsaleh Seyidovun qaynıdır.
Fotoda Mirsaleh Seyidovdur






















