Məşhur müğənni Türkiyədə çətin vəziyyətə düşdü

image-inna2-1backend

Dünyaca məşhur rumıniyalı müğənni İnna (INNA) güclü qar səbəbindən Türkiyənin Çorlu şəhərində çətin vəziyyətdə qalıb.

Busaat.az Türkiyə mediasına istinadən xəbər verir ki, İnna yeni mahnısı “UP”ın tanıtım işləri üçün Rumıniyadan Türkiyəyə yola düşüb. Lakin İstanbulda həyatı iflic vəziyyətə salan qar səbəbindən sənətçinin təyyarəsi Çorluda yerə enməli olub.

Müğənni İstanbulda bir sıra televiziya və radio proqramlarında iştirak etməli idi. Lakin yollar bağlandığına görə onun tədbirləri növbəti günlərə təxirə salınıb.

Öz instaqram hesabında fotosunu paylaşan İnna bu sözləri deyib: “Bu şəkildə İstanbulda olduğumu göstərməliydim. Amma olmadı. Türkiyədə təhlükəsiz bir yerdəyəm, lakin yorğunam”.

 




Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90