Məşhur şou aparıcısı xərçəngdən dünyasını dəyişdi
Məşhur “Top Gear” avtomobil şousunun aparıcısı Sabine Şmits dünyasını dəyişib.
Busaat.az xəbər verir ki, xərçəng xəstəliyindən əziyyət çəkən aparıcı 51 yaşında vəfat edib.
Qeyd edək ki, aparıcı 2017-ci ildən xəstəliklə mübarizə aparır. O, bu barədə ilk dəfə ötən ilin yayında açıqlama vermişdi.
Şmits ağrıları şiddətləndiyindən keçən il baş tutan şoudan da uzaqlaşmışdı.





