Məşhur amerikalı yazıçı Stiven Kinq ukraynalı tələbə Valentin Lavrenyukla müqavilə imzalayıb.
Busaat.az “Hromadske”yə istinadən xəbər verir ki, sövdələşmə “Velotrenajor” əsərinin ekranlaşdırılma haqqının birillik olaraq 1 ABŞ dollarına satılmasını özündə ehtiva edir.
Şərtlərə əsasən, qısametrajlı filmi internetə yerləşdirmək və ya televiziyada yayımlamaq qadağandır. Lenti geniş prokata yalnız yazıçının şəxsi razılığından sonra buraxmaq mümkün olacaq.
Qeyd edək ki, “Velotrenajor” hekayəsində arıqlamağa çalışan Riçard Sifkitse adlı rəssamdan söhbət gedir. Rəssam arıqladıqca onu qəribə illüziyalar təqib etməyə başlayır.
Xatırladaq ki, Stiven Kinq hələ ötən əsrin 70-ci illərindən başlayaraq tələbə rejissorlara əsərlərinin ekranlaşdırılması haqlarını verir. O, “Dollar Baby” proqramı çərçivəsində 1 ABŞ dolları qarşılığında tələbə və şagird kinematoqrafçılara ekranlaşdırma haqlarını satır.