Messi 138 milyon avro maaşı nəyə xərcləyir?

image-144062backend

Məlum olduğu kimi, “Barselona”nın kapitanı Lionel Messi klubla 4 illik müqaviləsinə əsasən, ümumilikdə 555 milyon avro əldə edib.

Busaat.az xəbər verir ki, belə olan halda 33 yaşlı hücumçu illik 138 milyon avro qazanır. Bəs, Messi bu pulu nəyə xərcləyib? O, necə həyat tərzi yaşayır? Nəzər salaq:

Messinin Barselona şəhərində 5.5 milyon avro dəyərində lüks bir evi var. Ev “Nou Kamp” stadionundan sadəcə 19 kilometr uzaqlıqda yerləşir. Evdə kiçik futbol meydançası, hovuz, qapalı idman zalı, həmçinin 3 uşağı üçün oyun ərazisi var.

image-72b7461f2503455bb08486ca29c3801b image-6f76322655be4b939481d8b004d10c8e

Messinin 1.5 milyon avro dəyərində “Pagani Zonda” markalı avtomobili var. Bu, onun avtomobil kolleksiyasının incisidir.

image-1261a36931474a999a89a4e5cac44cf1

Futbolçu 2020-ci ilin yayında gördüyünüz bu lüks yaxtı Sesk Fabreqas üçün kirayələmişdi.

image-3e832067534e471a8415c1ca2cf2f743

Messi təcili olaraq, harasa getmək istəsə, 12 miliyon sterlinq qiyməti olan təyyarəsi onu gözləyir.

image-fe55ba5babd54bdbb9d5662f54cce575

image-810c7c758a044125bcb49461480ca4a6

Messi sahil qəsəbəsi Sitqesdə 26 milyon avro dəyərində otel alıb.

Qol.az

image-4ed9d7a48399401f91cc74af68974146


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki