Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 911 $▲1.25%
  • Ethereum1 812 $▲2.46%
  • S&P 5007 562▼0.40%
13°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Gündəm

Mikayıl Cabbarov Güləş Federasiyasına rəhbər gəlir

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Fərid Qayıbovun gənclər və idman naziri təyin edilməsindən sonra Azərbaycan idman federasiyalarının bir neçəsində yeni rəhbərlər seçilib. 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu seçkilərdən birinin də Azərbaycan Güləş Federasiyasında (AGF) olacağı gözlənilir.

Belə ki, 2018-ci ildən boş qalan AGF-nin prezidenti postuna iqtisadiyyat naziri Mikayıl Cabbarovun əsas namizəd olacağı bildirilir.

Bir neçə gün öncə Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti vəzifəsindən gedən M.Cabbarovun oradan ayrılmasının səbəbinin də bununla bağlı olduğu qeyd olunur.

Hüseyn Həsənov onu pulsuz aparan taksi sürücüsünə maşın hədiyyə etdi – VİDEO

 

Əldə etdiyimiz digər məlumata görə, yaxın günlərdə Azərbaycan Güləş Federasiyasında hesabat-seçki konfransı keçiriləcək.

Hazırda Azərbaycan Güləş Federasiyasında prezident səlahiyyətlərini Namiq Əliyev həyata keçirir. O, prezident əvəzi olaraq federasiyaya rəhbərlik edir.

Qeyd edək ki, Azərbaycan Güləş Federasiyasının son prezidenti sabiq vergilər naziri Fazil Məmmədov olub. O, 2007-2018-ci illər aralığında federasiyaya rəhbərlik edib. F.Məmmədov 2018-ci ildə öz ərizəsi ilə AGF prezidenti vəzifəsindən istefa verib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=64138