Mikayıl Cabbarov İtaliyada rəsmi səfərdədir

image-143backend

İqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyada səfərdədir.

Busaat.az İqtisadiyyat Nazirliyinə istinadən məlumat verir ki, nazirin rəhbərlik etdiyi nümayəndə heyəti İtaliya Parlamentinin senatoru Culio Terzi ilə görüşüb.

Görüşdə Azərbaycan və İtaliya arasında bir çox sahələrdə uğurlu tərəfdaşlığın inkişaf etdirildiyi vurğulanıb.

Keçirilən digər görüşlərdə də əsas müzakirə mövzusu iki ölkə arasında olan iqtisadi münasibətlər olub.

Görüşdə Azərbaycanın və Lazio regionunun biznes və investisiya imkanlarına dair təqdimatlar nümayiş etdirilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki