Məzmuna keç
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft110.30 $▼1.25%
  • WTI neft101.82 $▼1.40%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)2.991 $▼1.93%
  • Qızıl4 006 $▼0.05%
  • Gümüş54.13 $▲0.33%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda624.75 ¢▼0.04%
  • Bitcoin80 079 $▼0.09%
  • Ethereum2 328 $▼0.09%
  • S&P 5007 624▼0.52%
14°Bakı
  • USD1.7004
  • EUR1.9061
  • 100 RUB2.0970
  • GBP2.2754
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542
  • GEL0.6547
  • 100 KZT0.3775
  • UAH0.0376
  • 100 JPY1.0827
  • CHF2.0664
  • USD1.7004
  • EUR1.9061
  • 100 RUB2.0970
  • GBP2.2754
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542
  • GEL0.6547
  • 100 KZT0.3775
  • UAH0.0376
  • 100 JPY1.0827
  • CHF2.0664
İdman

Millimiz Olimpiadaya son üç lisenziyanı əldə etmək üçün məşqlərə başladı – FOTO

image-gules
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Sərbəst güləş üzrə yığmamız aprelin 21-dən Bakıda növbəti təlim-məşq toplanışına start verib.

Busaat.az xəbər verir ki, mayın 6-dan 9-dək Bolqarıstanın paytaxtı Sofiyada baş tutacaq Dünya Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyan toplanış Olimpiya Güləş Mərkəzində keçirilir.

Baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında davam etdirilən təlim-məşq toplanışında əsasən taktiki-texniki çalışmalara üstünlük verilir. Hazırlıq prosesi ölkəmizə təşrif buyurmuş Qazaxıstan millisi ilə birgə keçirilir.

 

Qeyd edək ki, sərbəst güləşçilərimiz mayın 3-də Bolqarıstana yollanacaq. Olimpiadaya lisenziya qazandıracaq sonuncu yarış olan Dünya Olimpiya Təsnifat turnirində millimiz üç çəkidə – 57, 86 və 125 kq-da Olimpiya Oyunlarına vəsiqə əldə etməyə çalışacaq. Sofiyada güləşin bu növü üzrə mübarizə mayın 6-7-də baş tutacaq.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=45077