Millimiz vətənə 10 medalla döndü – FOTOLAR

image-mttjpg-1733982815backend
Türkiyədə ənənəvi “Antalya Open Cup” beynəlxalq yarışı keçirilib.

Busaat.az xəbər verir ki, Muay-tay üzrə Azərbaycan millisi də yarışda mübarizə aparıb.

İdmançılarımız yarışı 3 qızıl, 3 gümüş və 4 bürünc olmaqla 10 medalla başa vurub.

Millimizin heyətində Necati Əliyev (58 kq), Rəvan Əhmədov (38 kq) və Məhəmməd Əmrəliyev (81 kq) qalib adına yiyələniblər.

İzzət Həsənov (57 kq), Sadiq Ağayev (75 kq) və Tünzalə Əliyeva (54 kq) gümüş medal əldə ediblər. Hüseyn Hüseynli (51 kq), Kənan Hüseynov (63,5 kq), Səməndər İsgəndərov (86 kq) və Aysu İslamova (48 kq) isə 3-cü yeri tutublar.

Qeyd edək ki, yığmamız 10 medalla turnirə qatılan 28 ölkə arasında 5-ci olub.


Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki