“Minasız Qarabağa Gedək!” beynəlxalq kampaniyaya start verildi — FOTOLAR

image-zamin4backend

Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi “Minasız Qarabağa Gedək!” adlı beynəlxalq kampaniyaya start verdiyini ölkə ictimaiyyətinə bəyan etdi.
Mətbuat konfransında Birliyin icraçı direktoru Zamin Zeynal, idarə heyətinin üzvləri Məcid Məmmədov və Məhəmməd Məmmədov iştirak edərək çıxış etdilər.
Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin rəsmiləri bildirdilər ki, sosial aksiyanı həyata keçirməkdə əsas məqsəd düşmənin bu cür addımlarını Beynəlxalq ictimaiyyətin nəzərinə çatdırmaq, işğala məruz qoyduqları, vandal törədikləri torpaqlarımızda qanunsuz mina yerləşdirdikləri ərazilərin xəritələrini ən qısa zamanda Azərbaycana verilməsini tələb etməkdir.
Qurum rəsmiləri onu da qeyd etdilər ki, aksiya çərçivəsində Birləşmiş Millətlər Təşkilatlarına, ATƏT-in Minsk qrupuna, siyasi təsisatlara və digər Beynəlxalq təşkilatlara Azərbaycan ərazilərində baş verən bu mina terrorlarına münasibət bildirmələrinə və Ermənistana Beynəlxalq təzyiqin göstərilməsinə çağırışlar ediləcəkdir.
Eyni zamanda Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin könüllüləri tərəfindən təbliğat xarakterli maarifləndirici flayerlərin və azyaşlı sosial media istifadəçilərinin marağını cəlb etmək üçün üzərində “Minasız Qarabağa Gedək!” şüarı yazılışmış şarların paylanılması nəzərdə tutulmuşdur.
Bu işlərlə paralel Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi dünyada və ölkəmizdə aktiv istifadə olunan sosial media platformaları olan feysbuk, instaqram və tvitter üzərindən #MinasızQarabağaGedək #LetsgotoKarabakhwithoutmines və #ПоехаливКарабахбезмин həştəqləri ilə paylamışlar edərək sosial media istifadəçilərinin, beynəlxalq təşkilatların və media qurumlarının diqqətini bu mövzuya çəkməyə çalışır.
Təşkilat bir daha dünya ictimaiətini erməni terrorunu pisləməyə, günahsız insanların ölmünə səbəb olan mina terrorlarının müəllifi “erməni” dövlətinin qarşısını almaqda və mina xəritələrinin Azərbaycan tərəfinə verilməsində bəşəri həmrəyliyə səsləyir!

image-zamin6 image-zamin5 image-zamin4 image-zamin3 image-zamin2 image-zamin1

 

Hörmətlə,
Nicat Abbas,
Mətbuat xidmətinin əməkdaşı

Ünvan: “Vətən Müharibəsi Əlillərinə Kömək” İB
Sabunçu ray., Sülh 2/20

Tel.: (+994 12) 428 64 05
Mob.:(+994 50) 722 11 50

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90