Mirzoyan Kiprə GETDİ

image-425backend

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Kipr Respublikasına (Cənubi Kipr) işgüzar səfəri başlayıb.

Busaat.az “Armenpress”ə istinadən xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.

Səfər çərçivəsində nazir Mirzoyan Kiprin xarici işlər naziri Konstantinos Kombos ilə görüşəcək, bundan sonra nazirlər mətbuata açıqlamalar verəcəklər.

Kiprin xarici işlər nazirinin dəvəti ilə Ararat Mirzoyan ölkənin diplomatik nümayəndəlikləri rəhbərlərinin illik konfransında iştirak edəcək və çıxış edəcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki