“Misilsiz”elektrik təsərrüfatı, bu insanların ölümünə kim cavab verəcək? – VİDEO

image-seventimes_3532dec6eca50b21ede540133cb4b47b_k6i85u0zgfvypq2j4lts-768x403backend

İlk öncə “AZƏRİŞIQ”ASC-ə Xaçmaz rayonunun Gödəkli kəndinin elektrik enerjisi ilə təchizatı barədə xatırlatma vermək istəyirəm.

Əziz “AZƏRİŞIQ”, bu kənd işğal altında qalan ərazilər deyil. Bu insanlar da təzə köçmüyüblər o kəndə. Ən yaxşı elektrik şəbəkəsi hesab etdiyiniz Xaçmaz rayonunun rayon mərkəzinə ən yaxın və ən böyük kəndlərdəndir bura. 3 mindən çox insan yaşayır burada. Bu kənd sakinləri sizləri tez-tez yad edir. Buradakı ən “papulyar” dövlət qurumu sizsiniz. Şəbəkənizin bu kənddəki hissəsi məlumdur. Əgər buna şəbəkə demək olarsa.

Bağların içi ilə paxla şaxlarından sallanıb sürünə-sürünə gedən bu elektrik xətləri bir düşmən səngəridir insanlar üçün. Adamlar meyvə tərəvəzin yığa bilmir. Ağacların kəsirlər təhlükədən bir addım uzaq durmaq üçün. Hər gün ölümlə üz-üzə qalan bu insanların zülmünə son vermək bəlkə də müqəddəs bir ziyatrətgaha gedib-gəlmiş kimi fərahlıq bəxş edə bilər adama. Maraqlıdır, hər il dövlət büdcəsindən yüklə vəsait ayrılır “AZƏRİŞIQ” üçün. Bu pullar ölkənin ən strateji 10 rayonundan biri olan Xaçmazın ən böyük kəndinə gəlib çatmırsa bəs hara gedib çatır?

Məncə çox maraqsız sual verdim. Çalağan göydə dolanır, cücənin ürəyi bulanır. Nə isə. Kəndimizə qayıdaq. Gödəkliyə. Mən bu reportajı montaj edəndə demək olar ki, bütün müsahibələri etik prinsiplərinin predmentlərinə uyğun hala gətirmək üçün ən azı 2 saat əziyyət çəkdim. İnsanların nifrəti qəzəbi anlaşılandır. Ona görə dərdlərini cümlələrlə ifadə edən zaman çox ağır və etik davranışlar kodeksinə uyğun olmayan sözlər və ifadələr işlətmək zorunda qalırlar.

Hələ bu azmış kimi yerli qurumunuz ildə 2-3 dəfə kəsim briqadası salır bu kəndə. Ötən həftə kənd sakinləri ”AZƏRİQAZ”İB nin sədri Ruslan Əliyevin sosiol şəbəkədəki canlı yayımı zamanı ona yazıblar elektrik problemləri haqda. Ölkə başçısı bu kəndin elektrik təsərrüfatını öz gözləri ilə görsə siz onun gözlərinə necə baxarsız Vüqar müəllim? Belə xidmət edirsiniz insanlara?

Busaat.az xəbər verir ki, problem təkcə bu kənddə deyil. Elə şəhərlərin özlərində də xidmətiniz qənaətbəxş deyil. Bütün gücünüzü yığıma sərf edib şəbəkəni belə diqqətdən kənar qoymaq olmaz. Biraz istismarla da məşğul olmaq lazımdır. Regionun biraz ürəkaçan şəbəkəsi Qusar rayonundadır. Qubanın ele kəndləri varki oralarda hələ də “AZƏRİŞIQ”a Etibar Pirverdiyevin rəhbərlik etdiyini bilirlər. Ona məktub yazır insanlar. Yaxın günlərdə onları da çəkib göstərəcəyik.

Söz düşməşkən Xaçmazın dəmiryolundan aşağı hissəsinin elektrik təsərrüfatı haqda da bir cümlə ilə ifadə edim fikrimi. Öncə qeyd edim ki, şəbəkənin bu elektrik xətti 20 mindən çox insanın yaşadığı ərazini əhatə edir. Mən özüm də orada yaşayıram. Biz küləyin əsməməsi üçün tez-tez tanrı dərgahına dualar yağdırırıq. Ərazinin elektrik xətləri atamdan 10 il daha yaşlıdır. O barədə də xüsusi reportaj hazırlayıb təqdim edəcəyik.

Qayıdaq yenə kəndimizə.Gödəkliyə. Hələlik buradan vidalaşaq:

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90