Məzmuna keç
  • Brent neft109.46 $▼0.05%
  • WTI neft100.66 $▼0.30%
  • Avropa qazı (TTF)97.35 €▲3.73%
  • Təbii qaz (ABŞ)3.025 $▲1.34%
  • Qızıl4 032 $▲0.26%
  • Gümüş54.18 $▲0.02%
  • Pambıq79.38 ¢▼1.10%
  • Buğda626.00 ¢▲0.48%
  • Bitcoin80 100 $▲0.07%
  • Ethereum2 322 $▼0.22%
  • S&P 5007 624▼0.52%
19°Bakı
  • USD1.7006▲0.0002
  • EUR1.9041▼0.0020
  • 100 RUB2.1048▲0.0078
  • GBP2.2738▼0.0016
  • TRY0.0342
  • AED0.4631▲0.0001
  • CNY0.2547▲0.0005
  • GEL0.6547
  • 100 KZT0.3769▼0.0006
  • UAH0.0376
  • 100 JPY1.0844▲0.0017
  • CHF2.0626▼0.0038
  • USD1.7006▲0.0002
  • EUR1.9041▼0.0020
  • 100 RUB2.1048▲0.0078
  • GBP2.2738▼0.0016
  • TRY0.0342
  • AED0.4631▲0.0001
  • CNY0.2547▲0.0005
  • GEL0.6547
  • 100 KZT0.3769▼0.0006
  • UAH0.0376
  • 100 JPY1.0844▲0.0017
  • CHF2.0626▼0.0038
Dünya

Misirin Rusiyaya silah tədarük etdiyinə dair hər hansı əlamət görmədik - ABŞ

image-john-kirby
Pentagon press secretary Navy Rear Adm. John Kirby speaks during a briefing at the Pentagon, Tuesday, Sept. 2, 2014. The Pentagon says the leader of the Somalia-based al-Shabab extremist group was the target of U.S. military airstrikes that struck an encampment and a vehicle Monday night. Kirby said the results of the strike are being assessed and he can't confirm if Somali Ahmed Abdi Godane, the rebel leader, was hit. He says the strike against Godane was conducted by special operations forces with manned and unmanned aircraft firing hellfire missiles and precision-guided munitions. (AP Photo/Susan Walsh)
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Misirin Rusiyaya silah tədarük etdiyinə dair heç bir işarə görmədik”.

Busaat.az xarici mediaya istinadən xəbər verir ki, bunu Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Koordinatoru Con Kirbi, Misirin Rusiyaya silah tədarük etmək planlarına dair mətbuatda yer alan iddialardan danışarkən deyib.

Kirbi ABŞ prezidenti Co Baydenin Şimali İrlandiya və İrlandiya səfəri çərçivəsində təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

ABŞ mətbuatında Qahirə rəhbərliyinin fevral ayında Rusiyaya 40 min raket göndərməyi planlaşdırdığı ilə bağlı suala cavab olaraq Kirbi qeyd edib: “Misirin Rusiyaya silah tədarük etdiyinə dair heç bir işarə görmədik”.

Kirbi diplomatik təmasların məzmunu barədə danışmayacağını bildirib: “Biz müvafiq müttəfiqlər və tərəfdaşlarla əlaqə saxlayır və lazımi şəkildə danışırıq”.

Misir və ABŞ arasında müdafiə sahəsində əməkdaşlığa işarə edən Kirbi bu ölkənin mühüm təhlükəsizlik tərəfdaşı olduğunu bildirib.

Qeyd edək ki, “Washington Post” qəzetinin iddiasına görə, ABŞ kəşfiyyatının sızdırılmış sənədlərində Misir prezidenti Əbdülfəttah əs-Sisinin fevral ayında Rusiyaya 40 min raketin göndərilmsəinə dair göstəriş verdiyi və göndərişin gizli saxlanmasını əmr etdiyi qeyd edilib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=106580