Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan Moskvada əldə edilən razılaşmalardan sonra başlıca vəzifələri humanitar problemlərin həlli və Dağlıq Qarabağda atəşkəs mexanizmlərinin birləşdirilməsi adlandırıb.
Busaat.az xəbər verir ki, bu haqda məlumatı RİA Novosti agentliyi yayıb.
“Bu razılaşmalardan irəli gələn digər böyük vəzifə atəşkəsin təmin edilməsi və bu proseslərin bərpasını istisna edən mexanizmlərin birləşdirilməsidir”. Agentlik nazirin sözlərindən sitat gətirir.
Ermənistan xarici işlər naziri Rusiyanın və Rusiya Prezidenti Vladimir Putinin, eləcə də ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin, digər liderlərin Qarabağdakı nizamlanmada rolunu qeyd edib.
“Rusiya və Rusiya Federasiyası Prezidentinin rolunu vurğulamaq istərdim. Başqaları kimi şəxsi səylər göstərdi” deyib Mnatsakanyan.
O, həmçinin danışıqlar prosesində Ermənistan üçün vətəndaşlarının təhlükəsizliyinin hər şeydən üstün olduğunu vurğulayıb.
Xatırladaq ki, Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov, Ceyhun Bayramov və Zöhrab Mnatsakanyan arasında Moskvada keçirilən üçtərəfli danışıqların nəticələrindən sonra tərəflər 10 oktyabr şənbə günü saat 12: 00-dan etibarən Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılmasına dair razılığa gəliblər.
Danışıqlar on saatdan çox davam edib.