Məzmuna keç
  • Azeri Light127.00 $▲0.32%
  • Brent neft110.21 $▲0.63%
  • WTI neft101.34 $▲0.38%
  • Avropa qazı (TTF)96.09 €▲2.38%
  • Təbii qaz (ABŞ)3.005 $▲0.67%
  • Qızıl4 031 $▲0.22%
  • Gümüş54.02 $▼0.27%
  • Pambıq79.49 ¢▼0.96%
  • Buğda626.75 ¢▲0.60%
  • Bitcoin80 306 $▲0.33%
  • Ethereum2 328 $▲0.06%
  • S&P 5007 624▼0.52%
19°Bakı
  • USD1.7006▲0.0002
  • EUR1.9041▼0.0020
  • 100 RUB2.1048▲0.0078
  • GBP2.2738▼0.0016
  • TRY0.0342
  • AED0.4631▲0.0001
  • CNY0.2547▲0.0005
  • GEL0.6547
  • 100 KZT0.3769▼0.0006
  • UAH0.0376
  • 100 JPY1.0844▲0.0017
  • CHF2.0626▼0.0038
  • USD1.7006▲0.0002
  • EUR1.9041▼0.0020
  • 100 RUB2.1048▲0.0078
  • GBP2.2738▼0.0016
  • TRY0.0342
  • AED0.4631▲0.0001
  • CNY0.2547▲0.0005
  • GEL0.6547
  • 100 KZT0.3769▼0.0006
  • UAH0.0376
  • 100 JPY1.0844▲0.0017
  • CHF2.0626▼0.0038
İdman

“Mölde”dən “Qarabağ”a gözlənilməz müraciət – Neytral meydan...

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Qarabağ”ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi “Mölde” püşkatmadan sonra Ağdam klubuna rəsmi müraciət ünvanlayıb.

Busaat.az xəbər verir ki,  bu haqda “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib. Müraciətdə təmsilçimizdən oyunun Bakıda deyil, neytral meydanda keçirilməsi xahiş olunub. Amma bu müraciətə mənfi cavab verilib.

O vurğulayıb ki, “Qarabağ” müraciətə cavab olaraq matçın Azərbaycanda keçirilməsi üçün heç bir problem olmadığı bildirib: “Püşkatmadan sonra klubun elektron poçt ünvanına məktub gəldi. Həmin məktubda göstərilirdi ki, mövcud qaydalara əsasən, Skandiviya və bir sıra digər ölkələrdə matçlardan sonra komanda 10-14 gün karantində qalmalıdır. Və ya əgər biz Norveçə gedəriksə, bu halda biz də bu qədər müddət karantinə alınmalıyıq. Yəni indiki halda onlar özlərindən qaynaqlanan problem səbəbindən matçın Norveçdə deyil, neytral ölkə olan Macarıstanda keçirilməsini təklif edir. Amma avrokuboklar mövsümü başlamazdan əvvəl UEFA və klublar tərəfindən qəbul edilən öhdəliklər var. Biz də onlara bunun xüsusi hal olduğunu bildirdik. Eyni zamanda oyunun Bakıda keçirilməsində hər hansı bir problem olmadığını, bunadək həm Makedoniya, həm də Moldovadan rəqib komandaları qəbul etdiyimizi bildirdik. Yəni, onların heç bir problemsiz öz ölkələrinə qayıda biləcəyini vurğuladıq”.

N.İbrahimov bildirib ki, görüşün neytral meydançada oynanılması real görünmür: “Lakin Norveç təmsilçisinin bizdən bir istəyi var. Dedilər ki, gəlin, Macarıstanda oynayaq. Çünki ora neytral bölgədir. Norveçə daxil olmaq problemdir. Amma “Qarabağ” ora getsə, 10 gün əvvəlcədən karantində qalmalı olacaq. Bu isə absurd bir şeydir. Neytral meydanda oynamaq təklifi də anormaldır. Çünki komandanın xərclərini qarşılamaq kimi məsələlər var. Amma biz həm onlara, həm də UEFA-ya qarşılaşmanın Bakıda baş tutması üçün hər hansı bir problemin olmadığını bildirdik”.

Qol.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=17073