Məzmuna keç
24 Oktyabr 2026, Şənbə
  • Azeri Light121.95 $▲1.88%
  • Brent neft111.66 $▼1.69%
  • WTI neft103.44 $▲3.45%
  • Avropa qazı (TTF)93.30 €▲3.32%
  • Təbii qaz (ABŞ)3.047 $▲11.37%
  • Qızıl4 010 $▼0.50%
  • Gümüş53.96 $▲0.00%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin81 237 $▼0.08%
  • Ethereum2 393 $▲0.31%
  • S&P 5007 624▼0.52%
17°Bakı
  • USD1.7005
  • EUR1.9075
  • 100 RUB2.0866
  • GBP2.2757
  • TRY0.0343
  • AED0.4630
  • CNY0.2543
  • GEL0.6547
  • 100 KZT0.3793
  • UAH0.0377
  • 100 JPY1.0818
  • CHF2.0686
  • USD1.7005
  • EUR1.9075
  • 100 RUB2.0866
  • GBP2.2757
  • TRY0.0343
  • AED0.4630
  • CNY0.2543
  • GEL0.6547
  • 100 KZT0.3793
  • UAH0.0377
  • 100 JPY1.0818
  • CHF2.0686
Dünya

Moskavada FSB binası qarşısında atışma: Bir ölü, beş yaralı-VİDEO

Moskvanın mərkəzində Böyük Lubyankada yerləşən FSB binası qarşısında atışma baş verib
Nəticədə hücum edən şəxs zərərsizləşdirilib. Hücum nəticəsində xüsusi xidmətin bir əməkdaşı həlak olub, 5 nəfər yaralanıb. Onlardan dördü xüsusi xidmət əməkdaşı, biri mülki şəxsdir.
 

Busaat.az xəbər verir ki, Rusiya İstintaq Komitəsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 317-ci (“Hüquq-mühafizə orqanlarının işçilərinin həyatına cəhd”) maddəsi ilə cinayət işi açıb.

Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə görə, hadisə barədə Rusiya Prezidenti Vladimir Putinə məlumat verilib.
Medianın yaydığı məlumata görə, atəş açan Yevgeni Manurovun anası son vaxtlar oğlunun “bəzi ərəblərlə telefonla danışdığını” deyib.
“Son illərdə o, eyni vaxtda bir neçə təhlükəsizlik şirkətində işləyirdi, lakin sonra onu bütün işlərindən çıxardılar. Son vaxtlar işsi idi, hansısa ərəblərlə telefonda danışırdı, mən heç nə başa düşmürdüm, çünki o, ingilis dilində danışırdı”, – anası deyib.
Bildirilir ki, axtarışlar zamanı müstəntiqlər Manurovun seyfində beş silah, evdə bir xeyli güllə tapıb. Qonşuların dediyinə görə, Manurov onlarla ünsiyyət saxlamayıb və Moskvada uzun müddət görüşdüyü Maşa adlı sevgilisi var.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul