Moskva görüşü niyə baş tutmadı?: “Rusiya bu məsələdə monopoliya yaratmağa çalışır” – ŞƏRH

image-81e246c1d702a587504041bff4a3da45_4704756backend

“XİN səviyyəsində baş tutmayan görüşdən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Ermənistan Baş naziri Nikol Paşinyanla danışıqlara getməməklə bir daha siyasi iradəsini nümayiş etdirdi”.

Bunu planlanan Moskva görüşünün baş tutmama səbəbini şərh edən politoloq Aqşin Kərimov Busaat.az-a açıqlamasında deyib.

image-b2veygv6puaym7byoxtn

O, bildirib ki, Azərbaycan-Ermənistan-Rusiya XİN rəhbərlərinin Moskvada görüşü planlansa da son anda İrəvan geri çəkildi:
“İrəvanın görüşdən imtina etməsindən sonra Azərbaycan-Ermənistan liderlərinin görüşü üçün zəmin yaranmadı. Bu səbəbdən MDB dövlət başçılarının da keçirilən sammitində Azərbaycan-Ermənistan liderləri bir araya gəlmədi. Əslində bu diplomatik etiket baxımından başa düşüləndir. Çünki XİN səviyyəsində baş tutmayan görüşdən sonra Azərbaycan Respublikası prezidenti İlham Əliyev Ermənistan Baş naziri Nikol Paşinyanla danışıqlara getməməklə bir daha siyasi iradəsini nümayiş etdirdi.

Gələcəkdə görüşlərin baş tuta biləcəyini hesab edirəm. Rusiya danışıqlar masasında mövqeyini bərkitmək üçün sülh gündəliyini Qərbin əlindən almaq istəyir və bu işdə monopoliya yaratmağa çalışır. 2023-cü ildə Azərbaycan-Ermənistan liderlərinin Moskvanın təşəbbüsü ilə görüşünün baş tutacağı proqnozlaşdırılır”.

Busaat.az/Ələsgər

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90