Məzmuna keç
25 Oktyabr 2026, Bazar
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft111.70 $▼1.66%
  • WTI neft103.27 $▲3.28%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)3.050 $▲11.48%
  • Qızıl4 008 $▼0.55%
  • Gümüş53.95 $▼0.02%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 784 $▲0.57%
  • Ethereum2 364 $▲1.09%
  • S&P 5007 624▼0.52%
17°Bakı
  • USD1.7004▲0.0001
  • EUR1.9061▲0.0002
  • 100 RUB2.0970▼0.0011
  • GBP2.2754▲0.0001
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3775▲0.0001
  • UAH0.0376
  • 100 JPY1.0827▼0.0002
  • CHF2.0664▲0.0001
  • USD1.7004▲0.0001
  • EUR1.9061▲0.0002
  • 100 RUB2.0970▼0.0011
  • GBP2.2754▲0.0001
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3775▲0.0001
  • UAH0.0376
  • 100 JPY1.0827▼0.0002
  • CHF2.0664▲0.0001
Dünya

“Moskva Vaşinqtonla münasibətlərdə ən pis ssenariyə də hazırdır” – Peskov

image-peskov

“Moskva Vaşinqtonla münasibətlərdə həmişə yaxşıya ümid edir, bununla belə hər zaman ən pis ssenariyə də hazırdır”.

Busaat.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

Peskov ABŞ və Rusiya arasındakı son proseslərdən sonra dünyanın yeni bir soyuq müharibə ilə üzləşə biləcəyi barədə müşahidəçilərin fikirlərinə münasibətində bildirib ki, müşahidəçilər və mütəxəssislər sadəcə bu cür proqnozlarla dolanışıqlarını təmin edirlər.

“Rusiya Federasiyasına gəldikdə, Prezident iki ölkə arasındakı münasibətləri nə olursa- olsun davam etdirmək istədiyini açıq şəkildə bildirdi, çünki bu, yalnız bizim iki ölkənin deyil, bütün dünyanın maraqlarına cavab verir. Ancaq təbii ki, cənab Baydenin sözlərini görməməzlikdən gələ bilmərik”,- deyə Kreml sözçüsü qeyd edib.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul