Məzmuna keç
24 Oktyabr 2026, Şənbə
  • Azeri Light121.95 $▲1.88%
  • Brent neft111.66 $▼1.69%
  • WTI neft103.44 $▲3.45%
  • Avropa qazı (TTF)93.30 €▲3.32%
  • Təbii qaz (ABŞ)3.047 $▲11.37%
  • Qızıl4 010 $▼0.50%
  • Gümüş53.96 $▲0.00%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin81 234 $▼0.08%
  • Ethereum2 394 $▲0.32%
  • S&P 5007 624▼0.52%
17°Bakı
  • USD1.7005
  • EUR1.9075
  • 100 RUB2.0866
  • GBP2.2757
  • TRY0.0343
  • AED0.4630
  • CNY0.2543
  • GEL0.6547
  • 100 KZT0.3793
  • UAH0.0377
  • 100 JPY1.0818
  • CHF2.0686
  • USD1.7005
  • EUR1.9075
  • 100 RUB2.0866
  • GBP2.2757
  • TRY0.0343
  • AED0.4630
  • CNY0.2543
  • GEL0.6547
  • 100 KZT0.3793
  • UAH0.0377
  • 100 JPY1.0818
  • CHF2.0686
Dünya

Moskvada azərbaycanlı biznesmenlərin bazarında bomba həyəcanı

image-qodzarah

Moskvada azərbaycanlı iş adamlarına məxsus “Sadovod” bazarına bomba qoyulması barədə polisə məlumat daxil olub.

Busaat.az  “RİA Novosti”yə istinadən xəbər verir ki, anonim şəkildə daxil olan məlumatla bağlı araşdırma aparılır və bazara mütəxəssislər cəlb olunub.

“Moskva dairəvi yolunun 14-cü kilometrliyindəki Sadovod bazarında partlayış təhlükəsi barədə məlumat daxil olub”, – deyə polisin açıqlamasında qeyd olunub.

Bildirilib ki, əməliyyat xidmətinin mütəxəssisləri artıq bazarda yoxlama işlərinə başlayıblar. Bazarın işçiləri və müştərilər hələ ki, evakuasiya edilməyib.

Xatırladaq ki, Moskvanın ən böyük bazarlarından biri olan “Sadovod” azərbaycanlı iş adamı Qod Nisanov və Zarah İliyevin “Kievskaya Ploşad” şirkətinə məxsusdur. Bazar 40 hektar ərazidə yerləşir və 8000 mağazanı əhatə edir.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul