Moskvada Qələbə paradında meydana ilk Azərbaycan hərbçiləri çıxdı (CANLI)

Moskvada Qələbə paradında meydana ilk Azərbaycan hərbçiləri çıxdı (CANLI)backend

Faşizm üzərində Qələbənin 75 illik yubileyi münasibətilə Moskvada təşkil olunan hərbi parada qatılan Azərbaycan ordusunun 75 hərbçisindən ibarət dəstənin hərbi marşla tribunaların önündən keçidi başa çatıb.

Hərbi paradda 14 minə yaxın hərbçi iştirak edir. Rusiya hərbi qulluqçuları ilə yanaşı, meydanda 13 ölkənin hərbçiləri addımlayır.

İlk olaraq Qızıl meydana Azərbaycan hərbçiləri çıxıblar. Azərbaycan Silahlı Qüvvələrinin 75 nəfərdən ibarət dəstəsi tribunalar önündən keçib.

Paradın aparıcısı xatırladıb ki, Böyük Vətən müharibəsi cəbhələrində 600 mindən çox azərbaycanlı döyüşüb.

Xatırladaq ki, Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov da paradı izləyir.

Rusiyanın paytaxtı Moskva şəhərində Böyük Vətən Müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr edilən Qələbə paradı başlayıb.

Busaat.az xəbər verir ki, parad ənənəvi olaraq Qırmızı meydanda keçirilir.

Budəfəki mərasim digərlərindən daha genişmiqyaslı olacaq. Belə ki, tədbirin ötən paradlardan 30 dəqiqə daha uzun sürəcəyi gözlənilir.

Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskovun sözlərinə görə, paradda 10 ölkə rıhbəri iştirak edir. Bunlar Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayev, Qırğızıstan prezidenti Sooronbay Jeenbekov, Moldova prezidenti İqor Dodon, Bosniya və Herseqovina Rəyasət heyətinin üzvü Milorad Dodik, Serbiya prezidenti Aleksandr Vuçiç, Tacikistan rəhbəri Emomali Rəhmon və Özbəkistan prezidenti Şavkat Mirziyoyevdir.

Mərasimdə Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti qonaq qismində iştirak edir.

Paradda ölkəmizi Azərbaycan Ordusunun 75 hərbi qulluqçusundan ibarət heyəti təmsil edir. Paradda hərbçilərimizin Azərbaycan istehsalı olan silahlarla təntənəli keçidi olacaq.

İki tanınmayan Abxaziya və Cənubi Osetiya “respublika”larının rəhbərləri də paradda iştirak edir.

Qeyd edək ki, parad ənənəvi olaraq mayın 9-da keçirilir, lakin koronavirus pandemiyası ilə əlaqədar tədbir iyunun 24-nə ertələnib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90