Məzmuna keç
  • Azeri Light113.45 $▼2.62%
  • Brent neft94.63 $▼8.59%
  • WTI neft88.04 $▼8.10%
  • Avropa qazı (TTF)85.03 €▼7.65%
  • Təbii qaz (ABŞ)2.950 $▲2.75%
  • Qızıl4 072 $▲2.66%
  • Gümüş52.33 $▲4.74%
  • Pambıq78.09 ¢▲1.04%
  • Buğda599.25 ¢▲1.01%
  • Bitcoin80 767 $▲4.44%
  • Ethereum2 438 $▲7.32%
  • S&P 5007 689▲1.59%
18°Bakı
  • USD1.7000
  • EUR1.9097▲0.0074
  • 100 RUB2.0796▼0.0147
  • GBP2.2881▲0.0087
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2543▼0.0005
  • GEL0.6548▼0.0004
  • 100 KZT0.3759▲0.0008
  • UAH0.0373▲0.0001
  • 100 JPY1.0771▲0.0004
  • CHF2.0832▲0.0056
  • USD1.7000
  • EUR1.9097▲0.0074
  • 100 RUB2.0796▼0.0147
  • GBP2.2881▲0.0087
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2543▼0.0005
  • GEL0.6548▼0.0004
  • 100 KZT0.3759▲0.0008
  • UAH0.0373▲0.0001
  • 100 JPY1.0771▲0.0004
  • CHF2.0832▲0.0056
Siyasət

Moskvanın növbəti “əsir-mina xəritəsi” barterinə Bakının “yox” cavabı – Lavrov buna görə qəzəblidir?

image-lavrov-2
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
“Sergey Lavrovun Ararat Mirzoyanla görüşdə “Azərbaycan hərbi əsirləri ilkin şərt olmadan qaytarmalıdır” açıqlamasının sərt tonu ermənilərə jestdən daha çox, Bakının sərgilədiyi mövqenin Moskvanı qıcıqlandırmasından qaynaqlanır”.
Busaat.az bildirir ki, bunu siyasi şərhçi Asif Nərimanlı Rusiya və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşündən danışarkən deyib.
O, prezident İlham Əliyevin Putinin bu məsələ ilə bağlı istəklərini qəbul etmədiyini vurğulayıb:
“Digər tərəfdən 30 avqustda Moskva Bakıdan istədiyini ala bilməyib. Rusiyanın yeni həmsədri İqor Xovayev Lavrov-Mirzoyan görüşündən bir gün öncə Bakıda Ceyhun Bayramovun qəbulunda oldu. İstisna deyil ki, istəklərdən biri də Moskvanın vasitəçiliyi ilə erməni terrorçularla mina xəritələrinin növbəti barteri olub.
Ruslara öz vasitəçiliyini nümayiş etdirmək üçün növbəti “kiçik uğur” lazımdır. Onlar “əsir-mina xəritəsi” məsələsini birdəfəlik həll etmək və Qərbin bölgədə vasitəçiliyinə zəmin yarada biləcək amili aradan qaldırmaq istəyir”.

A.Nərimanlının sözlərinə görə, rəsmi Bakı isə rusların istəyini təkcə mina xəritələrinin çox hissəsinin saxta olmasına görə yox, həm də Moskvanın Qarabağda separatçılara dəstəyinə cavab olaraq geri çevirib:

“Bu, ruslar üçün Qərbin (ABŞ) yenidən “humanitar məsələlərdə vasitəçiliyinə” risk yaratması siqnalıdır. Görünür, Bakı üçtərəfli razılaşmaların bütün bəndlərinin icrasının yubanması və rusların Qarabağda suverenliyimizə təhdidlər yaratması fonunda oyunu açıq və sərt oynayır: “Lavrovun açıqlamasının tonu da “gözləmədikləri reaksiyadan” qaynaqlanır”.
Sfera.az
MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=56366