Rusiyanın “Rusjet” aviaşirkətinə məxsus təyyarə Gürcüstan üzərində fəlakət siqnalı verib.
Busaat.az Report.az-a istinadən xəbər verir ki, bu barədə “SHOT Telegram” kanalı mənbəyə istinadən məlumat yayıb.
“Bizdə olan məlumata görə, bu gün səhər Moskvadan Türkiyəyə yola düşən təyyarə geri dönərkən siqnal verib”, – məlumatda qeyd olunub.
“SHOT”un məlumatına görə, təyyarə Türkiyənin Dalaman-Moskva marşrutu üzrə reys yerinə yetirirdi və saat 16:09 radələrində Xəzər dənizi üzərində olub.