Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan xalqını Bayraq günü münasibətilə təbrik edib.
Busaat.az xəbər verir ki, o, bu barədə tvitterdə yazıb: “Qardaş Azərbaycanın Dövlət Bayraq günü mübarək olsun. Qəhrəman ordusunun azad etdiyi torpaqlarda şanlı Azərbaycan bayrağı yenidən dalğalanır. Üç rəngli bayrağınla məsut yaşa, can Azərbaycan”