General-leytenant Namiq İslamzadənin müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı təyin olunması rəsmiləşib.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Qeyd edək ki, o, bu vəzifədə Hərbi Hava Qüvvələrinin sabiq komandanı general-leytenant Ramiz Tahirovu əvəzləyib. R.Tahirov iki ay öncə yaş həddi ilə əlaqədar xidmətdən azad edilib.