Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft91.82 $▼6.63%
  • WTI neft85.98 $▼5.84%
  • Avropa qazı (TTF)82.33 €▼3.81%
  • Təbii qaz (ABŞ)3.212 $▲6.25%
  • Qızıl4 120 $▼0.32%
  • Gümüş53.01 $▼0.20%
  • Pambıq78.65 ¢▲0.38%
  • Buğda588.75 ¢▼0.46%
  • Bitcoin74 606 $▼0.87%
  • Ethereum2 118 $▼0.67%
  • S&P 5007 550▲2.37%
7°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Hərbi

Müdafiə Nazirliyi yeni MƏLUMAT YAYDI

image-mudafie
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən azad edilmiş ərazilərimizdə dislokasiya olunan bölmələrin xidməti-döyüş fəaliyyəti yüksək səviyyədə təşkil edilir.

 

Müdafiə Nazirliyindən (MN) Busaat.az-a bildirilib ki, bölmələrin hərtərəfli təminatı və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı tapşırıqlar planlı şəkildə icra olunur:

 

“Çətin relyefli və sərt iqlim şəraitli ərazilərdə gecə və gündüz fasiləsiz xidmət aparan şəxsi heyətin döyüş qabiliyyətinin daha da artırılması, döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması üçün müasir tipli hərbi infrastruktur obyektlərin inşası uğurla davam etdirilir, eləcə də digər zəruri tədbirlər görülür.

 

Döyüş növbətçiliyi aparan şəxsi heyətin rahat xidmət aparmasını təmin etmək məqsədilə ehtiyat qida və əmlakın saxlanması üçün anbarlar, yataqxanalar, tibb məntəqələri, lazımi mətbəx avadanlıqları ilə tam təchiz olunan yeməkxanalar, asudə və xidməti otaqlar və digər obyektlər mövcuddur. Hərbi şəhərciklər mərkəzləşdirilmiş istilik sistemi, işıq, su və dayanıqlı rabitə, eləcə də fasiləsiz elektrik enerjisinin təminatı üçün generatorlarla təchiz olunub.

Hərbi qulluqçularımızın mövsümə uyğun geyimlə, təzə və yüksək kalorili isti qida ilə fasiləsiz təmin olunması, eləcə də sosial-məişət şəraiti və qoşun xidmətinin yüksək səviyyədə təşkil edilməsi maddi-texniki təminat xidməti tərəfindən daima nəzarətdə saxlanılır.

 

Günün nizam qaydalarına əsasən döyüş növbətçiliyi və qoşun xidməti təşkil edilir, döyüş hazırlığının yüksək səviyyədə saxlanması üçün bölmələrin şəxsi heyəti ilə gündəlik döyüş hazırlığı məşğələləri, ictimai-siyasi və hüquq hazırlığı üzrə dərslər keçirilir”.

 

“Azərbaycan Ordusunun şəxsi heyəti torpaqlarımızın müdafiəsi naminə Ali Baş Komandanın hər bir əmrinə daim hazırdır”, – MN-dən bildirilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=81436