Xəbər verdiyimiz kimi, Azərbaycanda 600+ bal toplayan şəxslər “intellektual bölmələrdə” xidmət edəcək.
Ali təhsilli çağırışçılar üçün hərbi xidmət qaydaları yeniləndi. Artıq yüksək akademik nəticə göstərən gənclər xidmətlərini fərqli statusda yerinə yetirə biləcəklər.
Bəs,bu necə həyata keçiriləcək?
Busaat.az xəbər verir ki, məsələ ilə bağlı Oxu24.com Müdafiə Nazirliyinə sorğu ünvanlayıb.
Nazirliyin Mətbuat Xidmətindən suallarımıza cavab olaraq bildirilib ki,bu məqsədlə Milli Müdafiə Universitetinin tabeliyində İntellektual qabiliyyətli bölmələr yaradılıb.
“Müdafiə Nazirliyinin strukturunda informasiya texnologiyaları və kibertəhlükəsizlik, radioelektron mübarizə və kəşfiyyat, tibb, maliyyə, hüquq, təhsil və digər sahələrdə müasir texnologiyalardan istifadəni və yeni yanaşmaların tətbiqini təmin etmək üçün yüksək intellektual insan kapitalının formalaşdırılması məqsədilə müvafiq addımlar atılıb.
Bu məqsədlə, təhsildə yüksək göstəricilərə malik ali təhsilli müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının potensialından səmərəli istifadə olunması üçün Milli Müdafiə Universitetinin tabeliyində İntellektual qabiliyyətli bölmələr yaradılıb.








