Müğənni İnstagramda canlı yayım edərkən faciəvi şəkildə öldü – FOTObackend
29 yaşlı müğənni faciəvi şəkildə ölüb.
Busaat.az  milli.az-a istinadla bildirir ki, rumıniyalı pop müğənni Tavy Pustiu sosial şəbəkə hesabında canlı yayım edərkən avtomobil qəzasına düşüb.Gənc ifaçı xanımı ilə birlikdə avtombillə gedərkən canlı yayım açan zaman məsuliyyətsizliyinin qurbanı olub. Belə ki, avtomobili ilə ətrafa nəzər salmadan dəmir yolu relslərinin üzərindən keçən müğənni qatarın gəldiyini görməyib və qəza nəticəsində ölüb.

Onun xanımı qatarın altında qalan avtomobildən sağ çıxsa da, müğənninin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, müğənninin ömrünün son saniyələri kameraya düşüb və izləyiciləri canlı olaraq izləyiblər.