Muxtar Babayev idarə rəisini işdən çıxarıb

Muxtar Babayev idarə rəisini işdən çıxarıbbackend

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev idarə rəisini tutduğu vəzifədən azad edib.

 

Busaat.az xəbər verir ki, nazir Muxtar Babayevin əmri ilə 4 saylı Ekologiya və Təbii Sərvətləri İdarəsinin rəisi Mübariz Vəliyev tutduğu vəzifədən azad edilib. M. Vəliyev 2016-cı ildən bu vəzifəni tuturdu.

 

Qeyd edək ki, 4 saylı Ekologiya və Təbii Sərvətləri İdarəsi Sumqayıtda yerləşir. İdarə Xızı, Abşeron, Qobustan rayonlarını və Sumqayıtı şəhərini əhatə edir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90