Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.80 $▼0.86%
  • WTI neft91.14 $▼0.34%
  • Avropa qazı (TTF)87.41 €▼2.49%
  • Təbii qaz (ABŞ)3.004 $▲1.62%
  • Qızıl4 058 $▲0.11%
  • Gümüş51.88 $▲0.65%
  • Pambıq78.34 ¢▼0.01%
  • Buğda588.00 ¢▼1.22%
  • Bitcoin75 788 $▼0.23%
  • Ethereum2 234 $▼0.03%
  • S&P 5007 354▼4.36%
13°Bakı
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046
Dünya

"Narahatlığımızı nəzərə alsalar, vəziyyət dəyişəcək" - Kreml

image-kremlin-peskov-aa-1528125_2
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Qərb ölkələri bizim narahatlığımızı nəzərə almaq iradəsini ortaya qoysalar, vəziyyət dəyişəcək.

Busaat.az xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitriy Peskov  bildirib.

Moskvada jurnalistlərə açıqlama verən Peskov Rusiyanın ABŞ-la birlikdə qitələrarası nüvə ballistik raket imkanlarını cilovlamaq məqsədi daşıyan Yeni START-da iştirakını dayandırmasını şərh edib.

Qərb ölkələrinin Rusiyanın Yeni START qərarına ilkin reaksiyasının danışıqlar üçün “ümid verici” olmadığına diqqət çəkən Peskov deyib: “Rusiya təhlükəsizliyini təmin etmək üçün hər şeyi etməlidir. O cümlədən silahlara nəzarət məsələləri. Rəqiblərimizin normal danışıqlara gəlməsini gözləyərkən səbirli yanaşmamızı davam etdirməyimiz çox vacibdir”.

Peskov şərtlərin dəyişəcəyi təqdirdə Rusiyanın Yeni START-ı davam etdirə biləcəyini açıqlayıb.

“Hər şey Qərbin yanaşmasından asılı olacaq. Narahatlığımızı nəzərə almaq iradəsini ortaya qoysalar, vəziyyət dəyişəcək”, –  deyə əlavə edib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=101521