Narendra Modi: “Hindistan BRİKS-in daha da genişlənməsinə dəstək verəcək”
Hindistan BRİKS-ə üzv olmaq istəyən ölkələri dəstəkləyəcək.
Busaat.az xəbər verir ki, bu barədə BRİKS-in 15-ci sammitindən sonra keçirilən mətbuat konfransında Hindistanın baş naziri Narendra Modi bildirib.
O, qeyd edib ki, BRİKS-in genişlənməsi və yenilənməsi dünyanın bütün qurumlarına müasir dövrün tələblərinə cavab vermək üçün dəyişməli olduqlarına dair bir siqnaldır.
“BRİKS-in genişləndirilməsi və yenilənməsi digər institutların islahatı üçün nümunə ola biləcək bir addımdır”, – vurğulayıb.
Cənubi Afrika prezidenti Siril Ramafosa avqustun 24-də BRİKS sammitində bəyan edib ki, üzv ölkələr Argentina, Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistanı və BƏƏ-ni təşkilata qatılmağa dəvət etmək qərarına gəliblər.





