Narkotikə görə saxlanılan maşında 1,3 kq qızıl tapılıb – VİDEO

image-screenshot-2024-09-30-144658backend

Narkotik vasitənin təsir altında avtomobil idarə edən şəxs ifşa olunub.

Baş Dövlət Yol Polisi İdarəsinin Mətbuat Xidmətindən  bildirilib ki, Bakı-Şamaxı-Yevlax yolu üzərində yerləşən stasionar postunda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücünün qanunazidd hərəkətlərinin qarşısı alınıb.

Belə ki, ötən gün Bakı şəhər sakini Mahir Qasımovun idarə etdiyi “KİA” markalı avtomobil sərxoşluğa qarşı aparılan reyd zamanı saxlanılarkən sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçirilməsi təmin olunub. Müayinə zamanı Mahir Qasımovun narkotik maddə qəbul etməsi müəyyən edilib və o, narkotik istifadəçisi olduğunu etiraf edib.

Bununla yanaşı avtomobilə baxış zamanı oradan xüsusi qablaşdırılmış narkotik vasitə və 1,3 kiloqram qızıl məmulatları aşkar edildiyindən Mahir Qasımov aidiyyəti üzrə ərazi polis orqanına təhvil verilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki