Məzmuna keç
24 Oktyabr 2026, Şənbə
  • Azeri Light121.95 $▲1.88%
  • Brent neft111.66 $▼1.69%
  • WTI neft103.44 $▲3.45%
  • Avropa qazı (TTF)93.30 €▲3.32%
  • Təbii qaz (ABŞ)3.047 $▲11.37%
  • Qızıl4 010 $▼0.50%
  • Gümüş53.96 $▲0.00%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 823 $▼0.31%
  • Ethereum2 380 $▼0.17%
  • S&P 5007 624▼0.52%
15°Bakı
  • USD1.7003▼0.0002
  • EUR1.9059▼0.0016
  • 100 RUB2.0981▲0.0115
  • GBP2.2753▼0.0004
  • TRY0.0342▼0.0001
  • AED0.4630
  • CNY0.2544▲0.0001
  • GEL0.6547
  • 100 KZT0.3774▼0.0019
  • UAH0.0376▼0.0001
  • 100 JPY1.0829▲0.0011
  • CHF2.0663▼0.0023
  • USD1.7003▼0.0002
  • EUR1.9059▼0.0016
  • 100 RUB2.0981▲0.0115
  • GBP2.2753▼0.0004
  • TRY0.0342▼0.0001
  • AED0.4630
  • CNY0.2544▲0.0001
  • GEL0.6547
  • 100 KZT0.3774▼0.0019
  • UAH0.0376▼0.0001
  • 100 JPY1.0829▲0.0011
  • CHF2.0663▼0.0023
Dünya

NATO Mərkəzi və Şərqi Avropada hərbi gücünü 2,5 dəfə artırıb - Sergey Şoyqu

Fevral ayından etibarən NATO-nun Mərkəzi və Şərqi Avropadakı hərbi qüvvələrinin sayı 2,5 dəfə artaraq 30 mini keçib.

Busaat.az xəbər verir ki, bunu Rusiya Müdafiə naziri Sergey Şoyqu bildirib.

Şoyqu Belarus hərbi rəsmiləri ilə birgə iclasda çıxışında Rusiyanın qərb sərhədlərindəki vəziyyətlə bağlı qiymətləndirmələr edib:

“Kollektiv Qərbin dağıdıcı səylərinin əsas məqsədinin Rusiya və Rusiyanın iqtisadi, hərbi potensialının və müstəqil xarici siyasətinin qarşısını almaqdır. Mərkəzi və Şərqi Avropada, Baltikyanı ölkələrdə NATO dövlətlərinin silahlı qüvvələri yerləşdirilir. Bolqarıstan, Macarıstan, Rumıniya və Slovakiyada yeni çoxmillətli batalyon qrupları yaradılır. 2022-ci ilin fevral ayından etibarən hərbi qrupların sayı 2,5 dəfə artaraq 30 min nəfərdən çox olub və qısa müddətdə bu rəqəm daha da arta bilər”.

Bölgədə NATO əsgərlərinin artırılması nəticəsində Belarusun, xüsusilə də Rusiyanın müttəfiqlərinin təhlükə altında olduğuna diqqət çəkən Şoyqu, Rusiyanın əsas vəzifəsinin Belarusla qurduqları Birlik dövlətinin təhlükəsizliyini təmin etmək olduğunu vurğulayıb.

Şoyqu həmçinin bildirib ki, Qərb ölkələri Kiyevi müasir silah və sursatla, kəşfiyyat məlumatları ilə təmin etməklə, hərbi müşavirlər və muzdlular göndərməklə Ukraynadakı münaqişənin gərginləşməsini təşviq edir.

Busaat.az

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul