NATO-nun Ukraynaya kütləvi dəstəyi münaqişənin genişlənməsinə səbəb verir – KTMT

image-ktmtbackend

NATO və digərlərinin Ukraynaya verdiyi kütləvi dəstək münaqişənin digər ölkələrin də cəlb edilməsi hesabına genişlənməsi riskini yaradır.

Busaat.az xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas deyib.

“NATO-ya üzv dövlətlər Şərqi Avropa regionunda kontingentlərini genişləndirir, hərbi infrastrukturlarını gücləndirir və KTMT-nin məsuliyyət zonasının qərb sərhədlərinə yaxınlaşırlar. Bu, şübhəsiz ki, bizim təşkilat da daxil olmaqla, əlavə problemlər yaradır” – deyə, Zas KTMT-nin xarici işlər nazirləri, müdafiə nazirləri və təhlükəsizlik şurası katiblərinin birgə iclasında əlavə edib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90