NATO təcili toplanır: Polşaya raket zərbəsi müzakirə ediləcək
NATO-ya üzv ölkələrin səfirləri alyansın bu gün keçiriləcək iclasında Polşanın məruz qaldığı raket zərbəsini müzakirə edəcəklər.
Busaat.az xəbər verir ki, bu barədə NATO-dan məlumat verilib.
Məlumata görə, mövzu ilə bağlı təcili toplantı çağırılıb və toplantıya NATO-nun Baş katibi Yens Stoltenberq sədrlik edəcək.
Qeyd edək ki, dünən naməlum raket Polşanın Ukrayna ilə sərhədində yerləşən Prjevodov kəndinə düşüb və nəticədə 2 nəfər ölüb.





