Nazarbayevin nəvəsi Londonda öldübackend

Qazaxıstanın keçmiş Prezidenti Nursultan Nazarbayev nəvəsi Aysultan Nazarbayev 30 yaşında Londonda vəfat edib.

Busaat.az xəbər verir ki, ötən gecə dünyasını dəyişən Aysultanın ölüm səbəbi araşdırılır.

İlkin ehtimala görə, o, ürək tutmasından ölüb.

Xatırladaq ki, Nazarbayev Qazaxıstanın birinci Prezidentinin böyük qızı Dariqa Nazarbayevanın oğludur. O, 2017-ci ildə feysbukda atasının ölümündən sonra narkotikdən istifadə etdiyini, sonradan bu asılılıqdan xilas olduğunu bildirmişdi.