Nazarbayevlə bağlı dövlət bayramı ləğv edilir

image-nazarbackend

Qazaxıstanda Birinci Prezidentin Günü dövlət bayramları siyahısından çıxarılır.

Busaat.az “TASS”a istinadən xəbər verir ki, Qazaxıstan parlamentinin yuxarı palatasının deputatları bununla bağlı qanun qəbul ediblər.

Bu məqamda bildirək ki, Qazaxıstanda Birinci Prezident Günü dekabrın 1-i qeyd olunur.

Xatırladaq ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ötən həftə konstitusiyaya dəyişiklik edilməsi haqqında qanunu imzalayıb. Bununla da, paytaxt Nur-Sultanın adı dəyişdirilib və yenidən Astana adlandırılıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90