Məzmuna keç
  • Azeri Light126.16 $▲3.17%
  • Brent neft105.85 $▼3.76%
  • WTI neft97.24 $▼3.51%
  • Avropa qazı (TTF)95.03 €▼8.58%
  • Təbii qaz (ABŞ)2.919 $▲0.41%
  • Qızıl3 969 $▲1.51%
  • Gümüş51.02 $▲1.86%
  • Pambıq78.04 ¢▼0.19%
  • Buğda604.75 ¢▲0.33%
  • Bitcoin77 274 $▼1.22%
  • Ethereum2 266 $▼0.26%
  • S&P 5007 630▲0.65%
15°Bakı
  • USD1.7000
  • EUR1.9000▼0.0019
  • 100 RUB2.1118▲0.0195
  • GBP2.2769▲0.0009
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2557▲0.0004
  • GEL0.6561▲0.0010
  • 100 KZT0.3743▼0.0010
  • UAH0.0375
  • 100 JPY1.0771▼0.0029
  • CHF2.0635▼0.0040
  • USD1.7000
  • EUR1.9000▼0.0019
  • 100 RUB2.1118▲0.0195
  • GBP2.2769▲0.0009
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2557▲0.0004
  • GEL0.6561▲0.0010
  • 100 KZT0.3743▼0.0010
  • UAH0.0375
  • 100 JPY1.0771▼0.0029
  • CHF2.0635▼0.0040
Cəmiyyət

Nazir xanım müavininin videosundan danışdı: "Kimin yaydığını bilirik..."+ VİDEO

image-media-thumb20200602983965151-0h5pxa-jpg
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

 

Gənclər və idman naziri Fərid Qayıbov müavini Mariana Vasilevanın haqqında bir müddət əvvəl yayılmış rəqs videosuna münasibət bildirib.
Busaat.az xəbər verir ki, O, “ASAN Radio”ya açıqlamasında görüntülərin bilərəkdən yayıldığını deyib: “O videonun yayılması düşünülmüş şəkildə edilmişdi. Bu, bir balaca adama toxunur. Həmin video sosial şəbəkələrdə yox idi. Orada olan bir nəfər onu yaymışdı. Təbii ki, həmin adamın kimliyini bilirik. Şəxsi videonu paylaşmazdan əvvəl onu soruşmaq lazımdır.
Mən nazir müavini ilə artıq 2008-ci ildən bəri bir yerdə işləyirəm. Bir yerdə bu yolu gəlmişik. Ondan çox razıyam, böyük işləri bərabər görmüşük. İşlərimdə hər zaman mənə dəstək olub”.

Qeyd edək ki, Mariana Vasileva nazir müavini təyin ediləndən sonra onun bədii gimnastika millisinin baş məşqçisi işlədiyi vaxt etdiyi rəqsin videosu yayılmışdı və görüntülər sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olmuşdu.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=77169