Nazirlər Kabineti yeni qərar qəbul edib: oktyabrın 1-dən…

Nazirlər Kabineti yeni qərar qəbul edib: oktyabrın 1-dən…backend

Ölkə ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektlərinin qiymətləndirilməsi üçün daha dəqiq hesab olunan resurs metodu tətbiq ediləcək.

Busaat.az Nazirlər Kabinetinin 150 №-li Qərarına dair izahı təqdim edir:

Qəbul edilmiş Qərar ölkə ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektlərinin qiymətləndirilməsi üçün 2021-ci il oktyabrın 1-dən daha dəqiq hesab olunan resurs metodunun tətbiq ediləcəyi ilə əlaqədar aşağıdakı limitləşdirilmiş xərc normalarının müəyyənləşdirilməsi, təsdiq və tətbiq edilməsi məqsədilə hazırlanmışdır:

– Tikintidə üstəlik xərclərin normativləri;
– Tikintidə smeta gəlirinin normativlərı;
– Tikilməkdə olan müəssisələrin və digər obyektlərin müdiriyyətinin (texniki nəzarətin) saxlanılması xərclərinin smeta normativləri;
– Nəzərdə tutulmamış işlər və xərclər üzrə ehtiyat vəsaitinin səviyyəsinin müəyyənləşdirilməsi üçün normativlər;
– Müəllif  nəzarəti  üzrə  vəsaitin  miqdarının  təyin  edilməsi  üçün  normativlər;
– Küləyin  təsiri  ilə  əlaqədar  olan  xərclərin  təyin  edilməsi  üçün  normativlər;
– Müvəqqəti  bina  və  qurğuların  tikintisi  üzrə  sərflərin smeta normaları;
– Tikinti-quraşdırma işlərinin qış vaxtında yerinə yetirilməsi ilə əlaqədar olan əlavə xərclərin smeta normaları.

Qərar 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki