Nazirlər Kabinetinin Milli Məclisdə hesabat vermə tarixi dəyişir.
Busaat.az-ın xəbərinə görə, bu, Milli Məclisin mayın 16-da keçiriləcək iclasının gündəliyinə daxil edilən “ Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb.
Qüvvədə olan qanuna görə, Nazirlər Kabineti hər il Milli Məclisin yaz sessiyasının beşinci iclasında Nazirlər Kabinetinin fəaliyyəti haqqında hesabat verir.
Dəyişikliyə əsasən, Nazirlər Kabineti hər il martın 31-dək Milli Məclisin yaz sessiyasinda
Nazirlər Kabinetinin fəaliyyəti haqqında hesabat verəcək.