Nəcməddin Sadıkovun yerinə Kərim Vəliyev GƏTİRİLDİ? – İDDİA

image-kerim-veliyevbackend

Uzun zamandır gözdən itən Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nəcməddin Sadıkovla bağlı sosial şəbəkələrdə bəzi söz-söhbətlər yayılmaqdadır. Gah onun öldüyü, gah da vəzifəsindən kənarlaşdırıldığı haqda xəbərlər yayılır. Bu gün isə Nəcməddin Sadıqov yerli mətbuata açıqlama verərək vəziyyətinin normal olduğunu açıqlayıb. Amma işinin başında olub-olmadığı barədə heç nə deməyib.

Nəcməddin Sadıkovun yerinə Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi və nazir müavini Kərim Vəliyev təyin olunub.

Mötəbər mənbələrdən əldə etdiyimiz məlumata görə Kərim Vəliyevin təqdimatı Müdafiə Nazirliyinə təqdim olunub. Yaxın saatlarda təyinatın rəsmi şəkildə açıqlanacağı gözlənilir.

Xatırladaq ki, Kərim Tofiq oğlu Vəliyev 9 fevral 1961-ci ildə Bakı şəhərində anadan olub.

1982-cü ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini fərqlənmə ilə bitirib. 1982–1990-cı illərdə SSRİ Silahlı Qüvvələri tərkibində kursant taqım komandiri, tədris şöbə rəisinin köməkçisi, tədris şöbə rəisinin baş köməkçisi vəzifələrində xidmət edib. 1990–1994-cü illərdə Frunze adına Hərbi Akademiyada qiyabi təhsil alıb.

1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində tədris şöbə rəisinin müavini, briqada komandiri, cəbhə komandanının müavini, Müdafiə nazirinin döyüş əməliyyatları üzrə müavini, ordu korpusu komandiri, Hərbi Elmi Mərkəzin rəisi, Müdafiənin Planlaşdırılmasının Hərbi Strategiyası İdarəsinin rəisi vəzifələrində xidmət edib.

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib.

Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 01.01.1994-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni, 24.06.2005-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” medalı və 25.06.2012-ci il tarixli Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub. Ailəlidir, iki övladı var.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki