Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft90.08 $▼2.58%
  • WTI neft84.04 $▼0.83%
  • Avropa qazı (TTF)82.47 €▼3.53%
  • Təbii qaz (ABŞ)3.237 $▲2.37%
  • Qızıl3 773 $▼0.36%
  • Gümüş45.74 $▼0.15%
  • Pambıq81.04 ¢▼0.41%
  • Buğda602.25 ¢▼0.50%
  • Bitcoin64 168 $▼1.09%
  • Ethereum1 798 $▼1.37%
  • S&P 5007 341▼1.07%
14°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Dünya

Neft embarqoları Rusiyanı necə gücləndirir: 40% artım - Gennadi Ryabtsev

image-thumb600x0-2
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Rusiyanın enerji resurslarına qoyulan məhdudiyyətlər dünya bazarında neftin qiymətini daha 40 faiz bahalaşdıra bilər.

Bunu “Psyche” elmi-texniki mərkəzinin xüsusi layihələr üzrə direktoru Gennadi Ryabtsev deyib.

O qeyd edib ki, Rusiyanın Ukraynaya müdaxiləsinə cavab olaraq ABŞ, Kanada və Avropa İttifaqı Rusiyadan karbohidrogen idxalına embarqo elan ediblər: “Beləliklə, 2023-cü il fevralın 5-dək Rusiyanın neft ixracının 43%-nə qadağa qoyulacaq. Bütövlükdə yalnız 2023-cü ildə qiymətləndirilə bilən bu məhdudiyyətlərin təsiri uzun və qeyri-müəyyən olacaq. Bununla yanaşı, dünya bazarında neftin qiymətində ciddi artım mümkündür”.

O hesab edir ki, digər tədarükçülər bu həcmləri kompensasiya edəcək və gözlənilən tələb artımını ödəyə biləcək: “Hasilatın artımına zəmanət vermədiklərindən “Brent” markalı neftin qiyməti 2022-ci ilin sonuna kimi 140-150 dollar/barelə qədər yüksələcək. Bu, idxalçı ölkələrdə neftin qiymətini 30-40 faiz artıracaq”.

Ryabtsevin təhlili göstərir ki, neft embarqosundan Rusiyanın maliyyə itkiləri onun Ukraynadakı müharibəni maliyyələşdirmək imkanlarını əngəlləyəcək qədər əhəmiyyətli olmayacaq:

“Rusiyanın tətbiq etdiyi embarqodan itkiləri onun gəlirlərini azaltmaq iqtidarında deyil ki, Ukraynadakı müharibənin maliyyəsini dayandırsın və ya kəssin. Sadəcə, dünya neft istehlakının 3%-nin bazardan çıxarılması məhdudiyyətlər tətbiq edən ölkələrdə situasiyalı yanacaq çatışmazlığına səbəb ola bilər. Riskləri kompensasiya etmək və Rusiyanın təcavüzkar müharibə aparmaq üçün maliyyə imkanlarını tənqidi şəkildə məhdudlaşdırmaq üçün tərəfdaş ölkələr və Ukraynanın birgə səyləri lazımdır”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=80053