Məzmuna keç
24 Oktyabr 2026, Şənbə
  • Azeri Light121.95 $▲1.88%
  • Brent neft111.66 $▼1.69%
  • WTI neft103.44 $▲3.45%
  • Avropa qazı (TTF)93.30 €▲3.32%
  • Təbii qaz (ABŞ)3.047 $▲11.37%
  • Qızıl4 010 $▼0.50%
  • Gümüş53.96 $▲0.00%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 860 $▼0.54%
  • Ethereum2 377 $▼0.37%
  • S&P 5007 624▼0.52%
16°Bakı
  • USD1.7005
  • EUR1.9075
  • 100 RUB2.0866
  • GBP2.2757
  • TRY0.0343
  • AED0.4630
  • CNY0.2543
  • GEL0.6547
  • 100 KZT0.3793
  • UAH0.0377
  • 100 JPY1.0818
  • CHF2.0686
  • USD1.7005
  • EUR1.9075
  • 100 RUB2.0866
  • GBP2.2757
  • TRY0.0343
  • AED0.4630
  • CNY0.2543
  • GEL0.6547
  • 100 KZT0.3793
  • UAH0.0377
  • 100 JPY1.0818
  • CHF2.0686
Gündəm

Neftçalada qazimizə ŞOK haqsızlıq: III qrup əlillik kimə verilir?

image-149187890_3916307915098489_3965844172647394970_n

44 günlük Qarabağ savaşı sona çatdı. Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında düşməni kapitulyasiyaya imza atmağa məcbur etdi. Bu bizim zəfərimiz idi. Bu savaşda canını sağlamlığını qoyan əlillərimizi qarşı haqsızlıq edənlər var. Busaat.az saytına müraciət edən Vətən müharibəsinin iştirakçısı Həsənov Murad Teyyub oğlu haqsızlığın qurbanı olduğunu bildirir. Qazimiz Neftçala rayonundan həqiqi hərbi xidmətə çağrılıb, Vətən müharibəsində döyüşən, Füzuli rayonu uğrunda gedən döyüşlərdə minaya düşərək bir ayağını itirib. Onun qəhrəmanlığı Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. 19 yaşlı Murad Həsənov Ali Baş Komandan tərəfindən “İgidliyə görə”, “Füzulinin işğaldan azad edilməsinə görə” medalları ilə təltif edilib. Amma savaşdan sonra ona əlilik dərəcəsini verənlər haqsızlıq edərək, bir ayağını Qarabağda itirən qazimizə III qrup əlilik dərəcəsi veriblər.
Təsəvvür edin, biz qardaşımızın haqqını ödəyə bilmərik, amma ona qarşı belə haqsızlıq edilir.
Bu, işə baxan tibbi komissiyanın günahıdır. Qardaşımıza qarşı biganə olan digər müvafiq orqanların günahıdır. Təcili məsələyə bir də baxılmalı, günahkar lar cəzalandırılmalıdır. Məsələ ilə bağlı Neftçala rayon İcra Hakimiyyəti ilə əlaqə saxlasaq da zənglərimizə cavab verən olmadı. Yəqin ki, Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov bu məsələni öz nəzarətinə götürəcək və qazimizin haqqını əldə etməyə kömək edəcək.

 

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul