Məzmuna keç
  • Azeri Light126.00 $▲0.00%
  • Brent neft109.94 $▼3.08%
  • WTI neft100.98 $▼3.02%
  • Avropa qazı (TTF)103.94 €▲6.60%
  • Təbii qaz (ABŞ)2.900 $▲0.07%
  • Qızıl3 915 $▲0.41%
  • Gümüş50.09 $▲1.64%
  • Pambıq78.13 ¢▼0.12%
  • Buğda602.00 ¢▼0.25%
  • Bitcoin78 566 $▲0.97%
  • Ethereum2 307 $▲2.19%
  • S&P 5007 580▼1.83%
15°Bakı
  • USD1.7000
  • EUR1.9019
  • 100 RUB2.0923
  • GBP2.2760
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2553
  • GEL0.6551
  • 100 KZT0.3753
  • UAH0.0375
  • 100 JPY1.0800
  • CHF2.0675
  • USD1.7000
  • EUR1.9019
  • 100 RUB2.0923
  • GBP2.2760
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2553
  • GEL0.6551
  • 100 KZT0.3753
  • UAH0.0375
  • 100 JPY1.0800
  • CHF2.0675
Dünya

Netanyahu və Qallantın həbs ilə bağlı tələb İsraildə qəzəblə qarşılanıb

image-664b6e5a32ddf664b6e5a32de01716219482664b6e5a32ddd664b6e5a32dde
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prokurorunun Baş nazir Benyamin Netanyahu və müdafiə naziri Yoav Qallantın həbsinə order verilməsini tələb etməsi İsraildə qəzəblə qarşılanıb.

Busaat.az “The Times of İsrail”ə istinadən xəbər verir ki, orderin verilməsi tələbi İsrail rəsmiləri və siyasətçiləri arasında qəzəblə qarşılanıb.

Bir sıra millət vəkilləri qərarı antisemitizm kimi qiymətləndirib, digərləri isə bu vəziyyətə görə, Baş nazir Netanyahunu günahlandırıb.

İsrail prezidenti İsxaq Hersoq məhkəmənin rəftarının qeyri-adi addım olduğunu deyib.

Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru İsrailin Baş naziri Benyamin Netanyahu, müdafiə naziri Yoav Qallant, eləcə də HAMAS liderlərindən Yahya Sinvar, İsmayil Haniyə, Məhəmməd Diab İbrahim əl-Məsri və “Al-Qassem” briqadasının lideri Məhəmməd Deyfin həbsinə order verilməsini tələb edib.

Məhkəmənin baş prokuroru Karim Xan onlara qarşı insanlıq əleyhinə cinayətlər və digər epizodlar üzrə çoxsaylı ittihamlar irəli sürüb.

Xatırladaq ki, Netanyahu və Qallant həmçinin kütləvi soyqırımı törədilməsi, müharibə dövründə işgəncə üsulu kimi insanların aclığa məhkum edilməsi, Qəzza bölgəsinə humanitar yardımların çatdırılmasına əngəl törədilməsi və digər hüquqazidd əməllərdə təqsirləndirilirlər.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=139159