Niderland Ukraynaya “F-16” qırıcılarının ixracı barədə lisenziyanı təsdiqlədi

image-44backend
image-uzb_ads_desk

Niderland hökuməti Ukraynaya 24 ədəd “F-16” qırıcılarının ixracı barədə lisenziyanı təsdiqləyib.

Busaat.az-ın “Reuters“ə istinadən xəbərinə görə, bu barədə ölkənin müdafiə naziri Kaysa Ollonqrenin Nümayəndələr Palatası üzvlərinə məktubunda bildirilib.

Sənəddə onların ilk partiyasının yaxın vaxtlarda Ukraynaya göndəriləcəyi öz əksini tapıb.

Qeyd edək ki, nazir K. Ollonqren mayın 6-da ölkəsinin bu istiqamətdəki planları barədə ictimaiyyəti məlumatlandırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki