Nigar Camaldan partiya sədrinə: ““Ell və Nikki, yoxsa Eliş – Nikki?”

image-951486backend

Ağ Partiya başqanı Tural Abbaslı “musavat.com”a açıqlamasında “Evrovision” qalibləri Nigar Camal və Eldar Qasımova irad bildirib. O deyib ki, Nigar özünə Niki, Eldar isə El deyir: “Öz milli adlarını səsləndirməyə belə özlərinə sığışdırmırlar”.

Milli.Az sherg.az-a istinadən xəbər verir ki, T.Abbaslının sözügedən fikirlərindən sonra N.Camal İnstaqramda paylaşım edib. Sənətçi Eldar və aktyor Cabir İmanovla fotosunu paylaşaraq bunları yazıb:

“Ell və Nikki, ya Eliş və Nikki?”.

Eldar isə həmin paylaşıma bir komment əlavə edib:

“Məncə, Nicar Jamalzadə”.

Sənətçinin paylaşımı sosial şəbəkələrdə T.Abbaslının açıqlamasını xatırladıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90