Azərbaycan təmsilçisinin “Avroviziya” mahnı müsabiqəsində ifa edəcəyi “Mata Hari” fərqli formatda təqdim edilib.
Busaat.az xəbər verir ki, müğənni Samirə Əfəndi sözügedən bəstəni ballada versiyasında ifa edib. Mahnıda orijinalında olduğu kimi milli musiqi alətlərinə yer verilib. Həmçinin, Bakıda “slov” variantda yeni klip də çəkilib.
Rejissor Fərhad Əlinin ekranlaşdırdığı mahnı müsabiqənin rəsmi yutub hesabında yerləşdirilib. Əfəndinin yeni versiyada təqdim etdiyi mahnı Avropa musiqisevərləri tərəfindən sevilib və bukmeyker proqnozlarında 3 pillə irəliləyib (18 pillə).
“Mahnı üçün yeni lirik səslənmə hazırladıq və artıq bir neçə saat ərzində çox xoş rəylərinizi oxudum. Bəyəndiyiniz üçün çox xoşbəxtəm”,- deyə Əfəndi instaqram səhifəsində bildirib.